Nailiyyətlərimiz

Məktəbimizin istedadlı yetirməsiSuraxanı rayonu 285 nömrəli tam orta məktəbin  10 "A" sinif şagirdi Emil Hüseynov 9.12.2018-ci il tarixdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkil etdiyi "Akademik , Xalq və Caz Musiqisi"  Respublika festivalının səhnəsində çıxış etdi və laureat adını qazandı. Emilin sinif rəhbəri Fətullayeva Mehriban müəllimə və bir neçə sinif yoldaşı onu təbrik üçün konsertdə iştirak etdilər və sonda onunla xatirə şəkli çəkdirdilər. Gələcəkdə Azərbaycanı dünyada  təmsil edəcək belə skripka ifaçısının məktəbimizdə təhsil alması bizim üçün böyük qürurdur. 

Növbəti nailiyyətAzərbaycan Futbol Federasiyası Assossasiyalarının təşkil etdiyi "Zirvə-Bakı" uşaq futbol klubunun daxili və xarici turnirləri  keçirildi.Bu turnirlərdə Suraxanı rayonu 285 nömrəli tam orta məktəbin 10 b sinif şagirdi  Ələkbərov Xəyal İştirak etdi. İştirak etdiyi klubu layiqincə təmsil etdiyinə görə Xəyal "Zirvə-Bakı " uşaq futbol klubunun rəhbəri F.Abbasov tərəfindən Fəxri Fərmanla təltif edildi. 

Volleybolçu qızlarımız5 noyabr 2018-ci il tarixdə "Volleybol" idman növü üzrə yarışların rayon daxili mərhələsi keçirildi. .Bu yarışda Suraxanı rayon 285 nömrəli tam orta məktəbin qızlardan ibarət komandası iştirak etdi və III yerə layıq görüldü.

HAQQIMIZDA

Suraxanı rayonu B.Qulamoğlu adına 285 saylı tam orta məktəb 1990 - cı ildə inşa edilib. Layihə tutumu (şagird sayı) 1296 -dır. 2023-2024-cü tədris ilində məktəb...

BİZİM FƏXRLƏRİMİZ

Emil Hüseynov Fərrux

Aytac Savzıyeva Əhtiram

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi