Nailiyyətlərimiz

"Şahin hərbi idman oyunları"nda II yerAprelin 12-də Suraxanı rayon İcra Hakimiyyətində "Şahin"hərbi-idman oyunlarının Suraxanı rayon birinciliyi  keçirildi. Bu oyunlarda məktəbin "Şahin" hərbi komandası da iştirak etdi və II yerə layiq görüldü. Sonda komandanın bütün üzvləri diplomla təltif olundu.

"Ən yaxşı referat" müsabiqəsiBakı şəhər Suraxanı Rayon İcra hakimiyyəti tərəfindən  şagirdlər üçün    elan edilmiş  "Ən yaxşı referat" müsabiqəsi  başa çatdı.  Müsabiqədə  5 şagird qalib  seçildi. Qaliblər   arasında "İlham Əliyev - Azərbaycan mədəniyyəti " mövzusu  ilə məktəbin   9-cu sinif şagirdi  Sadıqova Nəzrin də var idi.  Aprelin 9-da  Suraxanı rayonu  Heydər Əliyev mərkəzində   keçirilən mükafatlandırma tədbirində  Nəzrin öz referatı ilə çıxış etdi və İcra hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən mükafatlandırıldı.

Balaca şahmatçıMəktəbin  4a  sinif şagirdi   Həsənova Əsmər Ümummilli lider Heydər Əliyevin 96-cı il dönümünə həsr olunmuş Respublika Şahmat Festivalının zona yarışında   2-ci yerə layiq görülüb . Bu qələbədən sonra o,  final turunda  iştirak haqqı əldə edib.

HAQQIMIZDA

Suraxanı rayonu B.Qulamoğlu adına 285 saylı tam orta məktəb 1990 - cı ildə inşa edilib. Layihə tutumu (şagird sayı) 1296 -dır. 2023-2024-cü tədris ilində məktəb...

BİZİM FƏXRLƏRİMİZ

Emil Hüseynov Fərrux

Aytac Savzıyeva Əhtiram

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi