“20 Yanvar-Xalqımızın qan yaddaşı" mövzusunda “Təşkilat saatı”

    20 Yanvar! Xalqımızın qanlı və şanlı tarixi! 34 ildir ki,bu tarix Ümumxalq Hüzn Günü kimi qeyd olunur.Bu önəmli tarixi yaşatmaq,onun əhəmiyyətini anlayıb gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının mənəvi borcudur.

    Məktəbin tarix müəllimi İsmayılzadə Gülşən 18.01.2024-cü il tarixində rəhbərlik etdiyi 7 e sinifində “20 Yanvar-Xalqımızın qan yaddaşı" mövzusunda “Təşkilat saatı” keçirtdi. lk öncə, canı və qanı bahasına azadlıq toxumu səpən şəhidləri bir dəqiqəlik şükutla yad edildi. 1990-cı il 20 Yanvar günü əliyalın xalqımızın üzərinə sürülən tanklar, onların törətdiyi vəhşilik və igid xalqın qırılmayan əzmindən geniş və ətraflı məlumat verildi. Şagirdlər öz növbəsində hazırldıqları təqdimatlarla çıxış etdilər. Sonda sinif rəhbəri qeyd etdi ki,ən ali zirvəyə-şəhidlik zirvəsinə ucalan qəhrəmanları heç vaxt unutmamalı və unutdurmamalıyıq. Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi