"Azərbaycan dili-milli varlığımızdır" mövzusuna həsr edilmiş şeir müsabiqəsi

    Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan ən mühüm, ən vacib amildir. Ana dili millətin özünəməxsusluğunu qoruyur. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Məhz bunu əsas tutaraq məktəbdənkənar və sinifdənxarc işlər üzrə təşkilatçı Arzu Əliyeva, və Azərbaycan dili və ədəbiyyatı müəllimi Elgün İsmayılovanın təşəbbüsü ilə V siniflər arasında "Azərbaycan dili-milli varlığımızdır" mövzusuna həsr edilmiş şeir müsabiqəsi keçirildi. Şagirdlərin səsləndirdikləri şeirlərin əksəriyyəti vətənpərvərlik və ana dilimiz mövzusunda idi. Tədbirin münsiflər heyəti məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri: Sadıqova Xalidə, Qafarova Zərövşən, Talıbova Şəlalə, İsmayılova Elgün idi. Tədbir qaliblərə setifikatların verilməsi ilə başa çatdı. Belə ki Mehdiyeva Zeynəb, Ruma Zeynəb, Zeynalova Amina, Axundzadə Zərifə, Bədəlova Selcan, Tahirova Zəhra qalib olan şagirdlərimizdir. İştirak edən bütün şagirdlərimizə, müəllimlərimizə, xüsusilə də şagirdləri qalib olan müəllimlərimizə: Nərmin Novruzluya, Şəlalə Talıbovaya, Aynur Əliyevaya təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi