“Anım gününün 20 illiyi” ilə əlaqədar tədbir

    11.12.2023 tarixində məktəbin tarix müəllimi Validə Həsənova 9 ə və 8 e sinif şagirdləri ilə birgə Ümummilli lider Heydər Əliyevin  “Anım gününün 20 illiyi” ilə əlaqədar tədbir keçirtdi. Tədbir zamanı Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Həmçinin tədbirdə şagirdlər ümummilli liderin vətəni və xalqı üçün etdiklərindən, siyasi fəaliyyətindən, həyatından danışdılar, şeirlər söylədilər, bu gün də aktual olan kəlamlardan dedilər. 9 ə sinif şagirdləri H.Əliyev haqqında hazırladıqları videoçarxı nümayiş etdirdilər.

    Həmçinin Validə müəllimə ilə yanaşı, məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Arzu Əliyeva, tarix müəllimləri Hacıbala Abdullayev, Səriyyə Əhmədova da ümummilli liderin xalqı, vətəni üçün etdiklərindən fəxarətlə danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi