Heydər Əliyev və Azərbaycan dili

    Tarixən Azərbaycan dilinin dövlət statusu daşıması müxtəlif təzyiqlərə məruz qalmışdır. Xalqımızın Ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli-mənəvi dəyərlərimizin geri qaytarılması yolunda olduqca vacib fəaliyyətlər yerinə yetirdi. Onun təşəbbüsü və fəal iştirakı sayəsində 1995-ci il 31 oktyabrda Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən gərgin müzakirə 12 noyabr (21-ci maddə) Azərbaycan dilinin Azərbaycan Respublikasının Dövlət dili kimi təsbiti ilə nəticələndi. Hakimiyyətdə olduğu müddətdə azərbaycançılıq məfkürəsinin, mənəvi kimliyin geri qazanılması, milli özünüdərkin keçmişin məngənəsindən azad olunması, xalqın tarixinin, qan yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında fəaliyyətini əsl vətəndaş kimi layiqincə davam etdirdi. Azərbaycan dili və Ədəbiyyat müəllimi Ülviyyə Əhmədovanın təşəbbüsü ilə 6 A sinfinin şagirdləri öndər şəxsiyyətin dil, təhsil haqqında əsaslı rolunu xatırladacaq təqdimat təşkil etdilər. Onun bugünkü nəslə ənam etdiyi əvəzsiz dəyərləri əsl vətəndaş kimi hiss edilərək anıldı. Məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Arzu Əliyeva şagirdləri dövlətçiliyimizin memarı olan Heydər Əliyev, onun layiqli davamçısı İlham Əliyevin gənc nəsil üçün töhfə sayılacaq islahatları ilə tanış etdi. Azərbaycan himni ilə başlayan dərs müxtəlif poetik örnəklər, çıxışlar, hazırlanan divar kağızlarının təqdimatı ilə genişləndirildi, Ulu öndərin hikmətli fikirləri ilə yekunlaşdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi