Rahib Məmmədli Nizami
19 yanvar 2019-cu il tarixdə keçirilən “20 Yanvar Şəhidləri”nin xatirəsinə həsr olunmuş “Yunan-Roma” güləşi üzrə turnirdə, 2007-2009-cu yaş qrupunda məktəbimizin 5”E” sinif şagirdi Rahib Məmmədli qələbə qazanaraq I yerə layiq görülmüşdür. Rahib fəal şagirdlərimizdən biridir və o, idman yarışlarında məktəbimizin adını şərəflə qoruyur.
Turan Kərimov Rəşad
Məktəbimizin fəxri olan 6”F” sinif şagirdi Kərimov Turan Azərbaycan Respublikasının “Qızıl Əlcək” İdman klubunun keçirtdiyi boks idman növü üzrə yarışda I yerə layiq görülmüşdür. Məlumdur ki, bu Turanın birinci uğuru deyil. Məktəbimizin direktoru Dadaş Əliyev balaca fəxrimizi təbrik ederək, uğurlarının daha bol olmasını arzuladı.