Nümunəvi dərs
Məktəbdə "Listening Practise: track 15 on Stratford Butterfly Farm" mövzusunda nümunəvi dərs keçirildi. Dərsdə Təlimə Dəstək Mərkəzinin nümayəndəsi Solmaz xanım,məktəbin direktoru Sevinc Hüseynova,direktor müavinləri,metodbirləşmə rəhbərləri iştirak edirdilər. Dərs müasir təlim standartlarına tam cavab verirdi. Elektron lövhədən istifadə edilməsi, qrupların işi və təqdimatları, əyani vəsaitlərdən məqamında istifadə olunması və s. müsbət göstəricilərdən idi. Mütəmadi olaraq keçirilən nümunəvi "açıq dərs"lər şagirdlərin dərsə məsuliyyətinin artmasına, müəllimlərin öz peşə fəaliyyətlərində daima yeniliklərlə maraqlanmasına səbəb olur.