IV sinif şagirdlərinin valideynləri ilə görüş

        Məktəbin IV sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Görüşdə müzakirə olunan məsələlərdən birincisi aparılan monitorinqlərin yekunu ilə bağlı valideynləri məlumatlandırmaq idi. Tədbirdə iştirak edən təlim-tərbiyə işləri üzrə direktor müavini Günay Adnayeva,təşkilatçı Vəfa Sarıyeva, məktəbin psixoloqu Ruhiyyə Omarova şagirdlərin dərsə davamiyyəti və məktəbdə şagird təhlükəsizliyi ilə əlaqədar görülən tədbirlər haqqında valideynlərlə fikir mübadiləsi apardılar. Şagirdin təhsildə uğurlu nəticə qazanması üçün məktəb-valideyn əlaqələrinin nə qədər böyük əhəmiyyətə malik olduğunu məktəbin təlim–tərbiyə işləri üzrə direktor müavini iclas iştirakçılarının nəzərinə çatdırdı. Görüşdə zəif qiymətlərlə oxuyan şagirdlərlə işin təşkili, dərslərin tədrisi vəziyyəti müzakirə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi