Ulu Öndəri hörmətlə yad edirik

     Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəli aparmışdır. Ümummilli Lider Heydər Əliyev 10 may 1923-cü ildə doğulmuşdur. Onun doğum günü ölkəmizdə silsilə tədbirlər şəklində qeyd olunur. 
    Buna görə də məktəbin kitabxanasında kitabxana müdiri Ağayeva Bənövşə 6D sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Sonra o, Ulu Öndər haqqında geniş məlumat verdi. Daha sonra şagirdlər şeir nümunələri səsləndirdilər. Sonda isə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş kitablarla tanış oldular.   

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi