Qəlbimizdə daima yaşayacaq dahi şəxsiyyət

    08.05.2025-ci il tarixində məktəbimizdə  Ümummilli Lider Heydər Əliyevin 102 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirildi. İlk öncə Ulu Öndərin və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi,Dövlət Himni səsləndirildi. Sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmasından və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmasından danışdılar. Çıxış edənlər Azərbaycana rəhbərliyinin bütün dövrlərində Ulu Öndər özünün qeyri-adi idarəçilik bacarığı və uzaqgörən qərarları ilə qısa müddətdə respublikamızın sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrinin inkişafında böyük irəliləyişə nail olduğunu qeyd etdilər. Tədbir ədəbi-bədii hissə ilə davam etdi.Şagirdlərin ifasında səhnəciklər,rəqslər, şeirlər təqdim olundu. Sonda isə Ümummilli Liderin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi