8-ci siniflər arasında "Qədimtürk diyarı-Naxçıvan" adlı intellektual oyun
“Naxçıvan ayı” çərçivəsində keçirilən silsilə tədbirlər çərçivəsində 16 dekabr 2024-cü il tarixdə “Qədim türk diyarı-Naxçıvan” adlı intellektual oyun və müsabiqə məktəbimizin 8-ci sinifləri arasında keçirilmişdir. Məktəbimizin şagirdləri bu intellektual oyuna xüsusi maraq və həvəslə hazırlaşmış və Naxçıvanın tarixi, görkəmli şəxsiyyətləri, tarixi abidələri haqqında biliklərini nümayiş etdirdilər. Şagirdlər keçirilən tədbir zamanı ümumilli lider Heydər Əliyevin 1996-cı il 11-13 iyul tarixlərində Naxçıvan şəhərində Uluslararası qaynaqlarda Naxçıvan beynəlxalq simpozium iştirakçılarına yazdığı məktubu da qeyd etməyi unutmadılar: “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynamış və oynamaqda olan Naxçıvanın qədim və zəngin tarixi vardır. Hər daşı qayası tarixin canlı şahidi olmuş bu torpaq bir çox dünya şöhrətli alim və mütəfəkkirin memar və ədibin dövlət xadimi və sərkərdənin vətəni olmuşdur. Onların fəaliyyəti və irsinin bəşər tarixində rolu danılmazdır”.