Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş idman yarışları
Məktəbdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş idman yarışları keçirilib. Yarışlar VIII-XI sinif şagirdləri arasında təşkil olunub. Şagirdlərimiz idmanın voleybol, futbol növləri üzrə yarışıblar. Yarışlarda qalib gələn idmançılarımıza sertifikatlar verilib. Tədbirin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi, tarixi torpaqlarımızla bağlı şagirdlərin biliklərinin artırılmasıdır.