“Fövqəladə hallar zamanı davranış qaydaları” haqqında maarifləndirici tədbir

 Binəqədi Rayon Dövlət Yanğından Mühafizə hissəsi tərəfindən məktəbimizdə “Fövqəladə hallar zamanı davranış qaydaları” haqqında maarifləndirici tədbir keçirildi. Tədbirdə Azərbaycan Respubilkası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi Rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları, o cümlədən rəis müavini,daxili xidmət mayoru Ceyhun Zahidov, Məktəblinin Dostları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak etdilər.

Açıq havada təşkil edilmiş tədbirdə Binəqədi Rayon Dövlət Yanğından Mühafizə hissəsinin çıxış edən nümayəndələri yanğın avtomobillərini, yanğınların söndürülməsində istifadə olunan yanğın texniki alətlərini, xilasedici və kəsici – ayırıcı avadanlıqlarını nümayiş etdirdilər və istifadəsi ilə bağlı ətraflı məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi