IV siniflərdə monitorinq keçirilmişdir

Şagirdlərin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsi, onlar arasında sağlam rəqabət mühitinin formalaşdırılması və tədrisin keyfiyyətinin artırılması məqsədilə məktəbin IV siniflərində monitorinq həyata keçirilmişdir. Eyni zamanda, aparılan monitorinqin nəticələrinin təhlili şagirdlərin mövzu üzrə çətinlik yaşadıqları sahələri müəyyənləşdirmək və bu boşluqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədinə xidmət edir.