"Məktəbdə mədəni davranış" mövzusunda maarifləndirici tədbir keçirildi

Məktəbimizdə 3-cü sinif şagirdləri ilə "Məktəbdə mədəni davranış" mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirin əsas məqsədi şagirdlərə hörmət, empatiya nəzakət, əməkdaşlıq və məsuliyyətli davranış kimi dəyərləri aşılamaq, sinif daxilində sağlam münasibətlərin formalaşmasına dəstək olmaq idi.
Tədbir interaktiv şəkildə keçirildi.
Tədbirdə müəllimlərlə necə nəzakətli danışmaq, dostlarla anlaşmazlıq zamanı necə davranmaq, başqasını dinləmək və fikirlərə hörmətlə yanaşmaq, məktəb qaydalarına əməl etməyin önəmi kimi mövzular izah edildi.