IX sinif şagirdləri ilə peşəyönümü görüş keçirildi

Məktəbimizdə IX sinif şagirdləri ilə peşəyönümü istiqamətində maarifləndirici görüş təşkil olundu. Görüşdə məktəb rəhbərliyi, direktor müavinləri, məktəbin psixoloqu və UBTR iştirak edərək şagirdlərə peşə seçiminin əhəmiyyəti barədə geniş məlumat verdilər.
Tədbirdə aşağıdakı mövzulardan bəhs olundu:
• Peşələrin müxtəlifliyi və onların tələbləri
• Peşə seçimində maraq və bacarıqların rolu
• Təhsil və ixtisaslaşmanın əhəmiyyəti
• Gələcəkdə perspektivli sahələr
• Sosial və emosional bacarıqların inkişafı
Peşəyönümü işi şagirdlərin düzgün qərar verməsinə, öz potensiallarını kəşf edərək uğurlu gələcək qurmasına kömək edir.