“Ümummilli lider Heydər Əliyev – müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirildi

Bu gün məktəbimizdə 3-29-59/2 nömrəli əmrə əsasən, "Suverenlik və Konstitusiya İli" çərçivəsində, Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Ümummilli lider Heydər Əliyev – müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi şagirdlərə suverenlik və konstitusiya anlayışlarının mahiyyətini aşılamaq, Azərbaycanın dövlətçilik tarixində ümummilli lider Heydər Əliyevin rolunu təbliğ etmək olmuşdur. Tədbir çərçivəsində şagirdlər müstəqil Azərbaycanın Konstitusiyasının yaranma tarixi və əhəmiyyəti ilə bağlı məlumatları bölüşmüş, ümummilli liderimizə və dövlətçiliyimizə həsr olunmuş ədəbi-bədii kompozisiyalar, rəqslər və xalq mahnıları ilə çıxış etmişlər.
Sonda Heydər Əliyev medallı, əməkdar müəllim Bəhram Şiriyev bu əlamətdar gün münasibətilə şagirdləri təbrik etmiş, onlara Vətənimizin müstəqilliyinin qorunmasında həm bilik, həm də vətənpərvərliklə möhkəm dayanmağı tövsiyə etmişdir. O, eyni zamanda tədbirin təşkilində əməyi keçən hər kəsə – başda Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Məmmədova Elnarə olmaqla bütün valideynlərə və şagirdlərə təşəkkürünü bildirmişdir.