15 Senytabr “Bilik günü” tədbiri keçirildi

Bu gün məktəbimizdə 2025–2026-cı tədris ilinin başlanmasına həsr olunmuş 15 Sentyabr “Bilik günü” tədbiri keçirildi.
Tədbiri məktəbin direktoru Xoşqədəm xanım Məmmədova açıq elan edərək, şagirdlərimizə yeni dərs ilində uğurlar arzuladı. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədr müavini Abdullayeva Sevinc xanım və YAP Binəqədi rayon təşkilatının əməkdaşı Rahil Şükürov qonaq oldular. Qonaqlar adından çıxış edən Sevinc xanım müəllim və şagirdlərimizi yeni tədris ili münasibətilə təbrik etdi.
Birinci sinif şagirdləri şeirlər söylədilər, məktəbin istedadlı şagirdləri isə maraqlı mahnılar ifa etdilər. İlk zəngin sədaları altında balaca birincilər ilk dəfə məktəbə qədəm qoydular.
Bu gün həmçinin ilk dərslər “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olundu.