2025–2026-cı tədris ilinin ilk pedaqoji şurası keçirildi

Bu gün məktəbimizdə 2025–2026-cı tədris ilinin ilk pedaqoji şurası keçirildi.
İclas zamanı ötən tədris ilinin nəticələri ətraflı təhlil olundu, qarşıya çıxan çətinliklər müzakirə edildi. Yeni dərs ilində pedaqoji kollektivin qarşısında duran vəzifələr müəyyənləşdirildi, tədrisin keyfiyyətinin artırılması istiqamətində konkret tapşırıqlar verildi.
Eyni zamanda “Bilik Günü” ilə bağlı təşkilati məsələlər nəzərdən keçirildi və şagirdlərin məktəb həyatına daha uğurlu başlamaları üçün görüləcək işlər müzakirə olundu.