Şagirdlərin peşə və ixtisas seçiminə dəstək

Bakı şəhəri 276 nömrəli tam orta məktəbdə şagirdlərin peşə və ixtisas seçiminə dəstək məqsədilə maarifləndirici tədbir keçirilmişdir. Tədbir Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı tərəfindən təşkil olunmuşdur.

Tədbir çərçivəsində şagirdlərə əmək bazarının tələbləri, düzgün peşə seçiminin əhəmiyyəti, müxtəlif peşələr və ixtisaslar barədə geniş məlumat verilmiş, fərdi suallar əsasında peşə yönümlü məsləhətlər təqdim edilmişdir.

Tədbirin təşkilinə və məktəblilərin maarifləndirilməsinə göstərilən dəstəyə görə Dövlət Məşğulluq Agentliyinə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi