9-cu sinif şagirdləri ilə görüş keçirildi

03.04.2025-ci il tarixində məktəbimizdə 9-cu sinif şagirdləri ilə görüş keçirildi. Görüş zamanı şagirdlər imtahanla bağlı təlimatlarla tanış edildi və onların sualları cavablandırıldı. Məktəbin psixoloqu tərəfindən imtahan qabağı həyəcanı idarə etməyin yolları, özünəinamın artırılması və stressin azaldılması mövzusunda maarifləndirici söhbət aparıldı. Şagirdlər öz fikirlərini bölüşdü və psixoloqdan faydalı məsləhətlər aldılar. Sonda məktəb rəhbərliyi və sinif rəhbərləri şagirdlərə uğurlar arzulayaraq, onların əziyyətlərinin qarşılığını alacaqlarına inandıqlarını ifadə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi