"Azərbaycana bahar gəlir" adlı tədbir keçirildi

Məktəbimizdə Novruz bayramına həsr olunmuş "Azərbaycana bahar gəlir" adlı tədbir keçirildi. Tədbirdə şagirdlərin ifasında mahnılar səsləndi, milli rəqslər və Novruzun mahiyyətini əks etdirən ədəbi-bədii kompozisiyalar nümayiş olundu. Məktəbin akt zalında Novruz bayramına aid sərgi təşkil edilmişdir.
Bir qrup müəllim Novruz bayramı münasibəti ilə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlarla, bir qrup müəllim isə, Binəqədi rayon Həmkarlar Komitəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olundular. Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkildi.