“Yaşıl patrul” layihəsinə start verildi

Məktəbimizdə “Gənc ekoloqlar” dərnəyinin üzvləri tərəfindən “Yaşıl patrul” layihəsinə start verilmişdir. Burada məqsəd ekoloji savadlılığı artırmaq, yetişməkdə olan gənc nəslin ekoloji maariflənməsini aparmaqdır. Bu baxımdan siniflər üzrə yaşıllıqların artırılması, dibçəklərin çoxalması və məktəblilərin bütün gözəlliklərə dəstək olmağa, biganə qalmamağa səsləməkdir. Layihə aprel ayının sonuna kimi davam edəcək. Sonda isə qalib gələn sinif rəhbərlk tərəfindən təltif olunacaqdır.