Nailiyyətlərimiz

Respublika fənn olimpiadasının rayon mərhələsinin qalibləriMəktəbimizin IX, X və XI sinif şagirdləri Respublika fənn olimpiadasının I mərhələsində uğurla iştirak edərək, II mərhələyə vəsiqə qazanıblar.Məktəb direktoru Səfa Xəlilov Azərbaycan dili və ədəbiyyat müəllimi Rəğbət Qədirovu,tarix müəllimi Tahirə Əmirovanı və aşağıda adları qeyd olunan şagirdlərimizi təbrik edir, onların bu nailiyyətlərini yüksək qiymətləndirir. Zenfira Həsənova - XI sinif Azərbaycan dili və ədəbiyyat Fəxrəndə Mirzəyeva - X sinif Tarix Minayə Yaqubəliyeva - X sinif Tarix Albina Fərhadova - X sinif Tarix Zeynəb Atamalıyeva - IX sinif Azərbaycan dili və ədəbiyyat Biz də rəhbərlik və məktəb kollektivi adından şagirdlərimizi təbrik edir və növbəti mərhələdə uğur qazanmaqlarını arzulayırıq.

Bakı şəhəri üzrə Məktəblərarası Fizika Fənn Müsabiqəsinin qalibiAzərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən Məktəblilərarası Fizika fənn müsabiqəsində E.Şirəliyev adına 274 nömrəli tam orta məktəbin VII sinif şagirdi Səbinə Güləliyeva Elsevər qızı 09.12.2017-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə birinci qrant müsabiqəsi layihəsində Bakı şəhəri üzrə III yerə layiq görülmüşdür.

Məktəbin qabaqcıl Azərbaycan dili və ədəbiyyat müəllimiƏliyeva Yeganə Boyükkişi qızı 1995-ci ildən Bakı şəhəri E.Şirəliyev adına 274 №-li tam orta məktəbdə Azərbaycan dili ədəbiyyat müəllimi vəzifəsində çalışır.Çalışdığı müddət ərzində Yeganə Əliyeva özünü bacarıqlı və savadlı bir müəllim kimi tanıtmışdır.O özünün işə can yandırması və intizamı ilə həmişə başqalarına nümunə olmuşdur.Təcrübəli və qabaqcıl müəllim kimi təlim etdiyi fənni sevir və şagirdlərinə də sevdirir. Yeganə Əliyeva öz ürzərində müntəzəm çalışır. Hal-hazırda Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmənin sədridir.Məktəbdəki Bədii qiraət dərnəyinin rəhbəridir.Bu sahədə də işləri özünü doğrultmuşdur.Y.Əliyeva məktəbin ictimai işlərində, bir çox tədbirlərin hazırlanmasında,müsabiqələrin keçirilməsində fəal iştirak edir.Hazırladığı bədii kompozisiyalar, müxtəlif tədbirlər dəfələrlə Dövlət Bayrağı Meydanında göstərilib.Müxtəlif televiziya kanallarında yayımlanıb.2013-cü ildən Dövlət Bayrağı Günü münasibətilə hazırladığı bədii kompozisiyaları Dövlət Bayrağı Muzeyində göstərilib. Bundan başqa,Dövlət Bayrağı Muzeyində veteranlarla görüş,Beynalxalq Muzeylər Günü münasibətilə keçirilən tədbirlərdə də rəhbərlik etdiyi sinfi ilə birgə fəal iştirak edib.2015-ci ilin noyabr ayında növbəti dəfə “Bayrağım dalğalanır”adlı kompozisiya ilə Dövlət Bayrağı Meydanında olublar. Bayraq Muzeyinin müdiri tərəfindən məktəbə təşəkkür məktubu göndərilib.Bundan başqa İKT-e bacarıqlarından da səmərəli istifadə edir. 2014-cü ildən məktəbdə elektron lövhə ilə dərs keçir, elektron dərslər hazılayır.Məktəbin bütün tədbirlərinin hazırlanmasında yaxından iştirak edir.İyirmi beşdən çox Fəxri fərman,dipıom və sertifikatlar qazanıb.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən,Qaradağ Rayon İcra Hakimiyyətindən,Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayonu komitəsindən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Qaradağ rayon Gənclər və İdman idarəsi tərəfindən ,eləcə də, 274 nömrəli tam orta məktəbin direktoru tərəfindən bir çox diplom və Fəxri fərmanla mükafatlandırılıb.Hazırladığı tədbirlərə görə məktəbə Bayraq Meydanının rəhbərliyi və QAT-ın rəhbərliyi tərəfindən təşəkkür məktubu göndərilib.Məktəbini tanıt videoçarx müsabiqəsinə hazırladığı videoslaydı teqdim edərək təşəkkürnamə alıb. Hazırladığı tədbirlər dəfələrlə müxtəlif televiziya kanallarında göstərilib.Bir çox qəzetlərdə haqqında məqalələr yazılıb və yazılmaqda davam edir.Öz üzərində müntəzəm çalışır,həmişə yeniliklərə can atır, çox aktiv müəllimdir. Müəllifi A.Paşayev və E.Cəfərova olan 2008-ci ildə çapdan buraxılmış”İnteraktiv təlim Azərbaycan dili və ədəbiyyat dərslərində” kitabında dərs icmalı çap olunub. Rəhbərlik etdiyi və Azərbaycan dili və ədəbiyyat fənnini tədris etdiyi siniflərdə oxuyan şagirdlər də müxtəlif şeir müsabiqələri və inşa yazı müsabiqələrinin qalibləri olub və bu müxtəlif televiziya kanallarında göstərilib.Şagirdləri ən nümunəvi və çalışqan şagird kimi tanınır.Hətta şagirdi Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumunda da iştirak edib.Bədii qiraət üzrə Ümumrespublika Müsabiqəsinin qalibi olub. Yeganə Əliyeva öz işgüzarlığı, istedadı və çalışqanlığı sahəsində kollektivin hörmətini qazanmışdır.

HAQQIMIZDA

1985-ci ildə əhalinin təlabatı nəzərə alınaraq Müşfiqabad qəsəbəsində 4 mərtəbədən ibarət 1176 yerlik məktəb binası inşa edilərək şagirdlərin istifadəsinə verilmişdir. 2007-ci ildə şagird sıxlığı nəzərə alınaraq dövlət proqramına salınmaql...

BİZİM FƏXRLƏRİMİZ

Vəsilə Əliyeva Faiq

Fidan Asifli Xalid

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi