Nailiyyətlərimiz

"Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qalibiQaradağ rayon E.Şirəliyev adına 274 saylı tam orta məktəbin çoxsaylı müəllim heyəti Azərbaycan Respublikası Prezidentinin təhsilə olan dəstək və qaygısını yüksək qiymətləndirərək məktəbə verilən bu yüksək naliyyətlərə görə bundan sonra da gənc nəslin təlim-tərbiyəsində əllərindən gələni əsirgəməməyi qarşılarına məqsed qoymuşdurlar.

Respublika ekoloji breyn-rinq bilik yarışının qalibləri mükafatlandırılıb2 fevral 2016 – cı il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) “Azərbaycan Respublikasının Konstitusiyası – 20 il”, “Hüquqlarımızı tanıyaq və qoruyaq” mövzularında keçirilən inşa yazı və rəsm müsabiqələrinin, eləcə də “Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə BŞTİ – nin müdiri Məhəbbət Vəliyeva, idarənin əməkdaşları, müsabiqədə qalib gələn şagirdlər, onların valideynləri və rəhbərləri, o cümlədən münsiflər heyətinin üzvləri iştirak edib. Tədbiri giriş sözü ilə açan BŞTİ – nin müdiri Məhəbbət xanım Vəliyeva müsabiqə qaliblərini təbrik edərək onlara həm ölkə daxilində keçirilən müxtəlif yarışlarda, həm də beynəlxalq miqyaslı yarışlarda bundan da böyük uğurlar qazanmağı arzulayıb. Məhəbbət Vəliyeva şagirdləri 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə də təbrik edib, onlara can sağlığı arzulayaraq bu yaşlarında qazaqndıqları hər kiçik qələbənin gələcək həyatlarında böyük rolu olacağına və onlar arasından ölkəmizdə dövlətçiliyimizin qorunub saxlanılmasının inkişafına xidmət edən şəxsiyyətlərin formalaşacağına əmin olduğunu bildirib. Tədbirdə çıxış edən idarənin Məktəbdənkənar Təhsil sektorunun müdiri Afiq Əzizov hər üç müsabiqə barədə geniş məlumat verib. Qeyd edək ki, müsabiqələrə şəhər məktəblərinin VIII - XI sinif şagirdləri cəlb olunub. “Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışında 230 məktəb-şəhər məktəblərinin 73 faizi, inşa yazı müsabiqələrində 243 məktəb-şəhər məktəblərinin 77 faizi, rəsm müsabiqəsində isə 161 məktəb – şəhər məktəblərinin 53 faizi iştirak edib. Müsabiqələrə ümumilikdə 6891-ə yaxın şagird, 634 müəllim cəlb olunub. “Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışının Bakı zona turunda 13 komanda iştirak edib. Bakı şəhəri 49 nömrəli məktəb-liseyin “Xəzər”, 186 nömrəli tam orta məktəbin “Zəfər”, 274 nömrəli tam orta məktəbin “Qartal” komandaları qalib gələrək respublika mərhələsində də müvəffəqiyyətlə çıxış edib. Belə ki, respublika mərhələsində 186 nömrəli məktəbin komandası II, 49 və 274 nömrəli məktəblərin komandaları isə III yerə layiq görülüblər. “Azərbaycan Respublikasının Konstitusiyası - 20 il” inşa yazı müsabiqəsində yaş dərəcələrinə görə biri rus bölməsi olmaqla 4 nəfər I yer, rəsm müsabiqəsində 3 nəfər I, II, III yerlər, “Hüquqlarımızı tanıyaq və qoruyaq” inşa yazı müsabiqəsində 2 nəfər I yer, 2 nəfər II yer, biri rus bölməsi olmaqla 2 nəfər III yerin qalibi olub. Sonda qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

“Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibi elan edildikQaradağ Rayon İcra Hakimiyyətinin 2015-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 yanvar 2016-cı il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi. Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Tağı Tağıyev, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Yığıncaqdan öncə tədbirdə iştirak rayon rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.Rayon ictimaiyyətinə ölkə başçısı cənab İlham Əliyevin verdiyi tapşırıqların, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafını təmin edilməsi üçün tapşırıqlarını verdi. Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidentinin 21 dekabr 2015-ci il tarixli Sərəncamı ilə 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibi elan edilmiş Qaradağ rayonun Müşviqabad qəsəbəsindəki 274 saylı tam orta məktəb və məktəbin fəal müəllimlərinə rayon İcra Hakimiyyəti başçısının imzaladığı Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olundu.

HAQQIMIZDA

1985-ci ildə əhalinin təlabatı nəzərə alınaraq Müşfiqabad qəsəbəsində 4 mərtəbədən ibarət 1176 yerlik məktəb binası inşa edilərək şagirdlərin istifadəsinə verilmişdir. 2007-ci ildə şagird sıxlığı nəzərə alınaraq dövlət proqramına salınmaql...

BİZİM FƏXRLƏRİMİZ

Rabil Quliyev Natiq

Zenfira Həsənova Mətləb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi