Nailiyyətlərimiz

“Fövqəladə hallar uşaqların gözü ilə” yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdirDekabrın 14-də FHN-in Akademiyasında Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” V Respublika və I Beynəlxalq uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbir iştirakçıları Akademiyanın həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuş, onun xatirəsini ehtiramla yad etmişlər.Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi Respublika uşaq yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilmişdir. Rayon və şəhər müsabiqələrinin yekunları üzrə Təşkilat Komitəsinə 503 rəsm, 305 plakat, 197 əl işi, 191 yanğın və qəza-xilasetmə texnikasının modeli və 167 yumşaq oyuncaq təqdim olunmuşdur. Bundan əlavə, I Beynəlxalq uşaq yaradıcılıq müsabiqəsi üzrə Rusiya, Türkiyə, Belarus, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Koreya, Macarıstan və Moldovadan, ümumilikdə, 37 rəsm və 5 plakat təqdim olunmuşdur.Müsabiqəyə təqdim olunmuş işlər Təşkilat Komitəsi tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyən olunmuşdur. 274 SAYLI TAM ORTA MƏKTƏBİN ŞAGİRDLƏRİ QULİYEV RABİL,MAHMUDOV NƏSİRULLA, ƏLİYEV FƏRİD fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, təhsil nazirinin müavini Ceyhun Bayramov və BMT-nin Uşaq Fondunun (UNICEF-in) Azərbaycandakı nümayəndəsi Andro Şilakadze tərəfindən təltif olunmuşdular.

Fəxri idmançılarımız274 saylı tam orta məktəb üzrə fəxri idmançılarımız.

Olimpiada qalibimizFənn olimpiadalarının Respublika turunda Azərbaycan dili və Ədəbiyyat fənni üzrə fərqləndiyinə görə Asifli Fidan Xaliq qızı Təhsil naziri Mikayıl Cabbarov tərəfindən "Tərifnamə'"ilə təltif olunmuşdur.

HAQQIMIZDA

1985-ci ildə əhalinin təlabatı nəzərə alınaraq Müşfiqabad qəsəbəsində 4 mərtəbədən ibarət 1176 yerlik məktəb binası inşa edilərək şagirdlərin istifadəsinə verilmişdir. 2007-ci ildə şagird sıxlığı nəzərə alınaraq dövlət proqramına salınmaql...

BİZİM FƏXRLƏRİMİZ

Nurcan Nurəliyeva Yaşar

Aydan Şalanlı Əmirxan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi