IX Ankara Beynəlxalq Elmi Araşdırmalar Konqresində uğurMəktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Fidan Qədimli IX Ankara Beynəlxalq Elmi Araşdırmalar Konqresində iştirak edərək “Dayanıqlı İnkişaf Konsepsiyası və Onun Azərbaycan Təhsilinə Təsiri” mövzusunda məruzə ilə çıxış edib və sertifikatla təltif edilib.
VIII Beynəlxalq Biltek Konqresində nailiyyətMəktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Fidan Qədimli Elm, Texnologiya və Sosial Elmlərdə Mövcud İnkişaflara Dair VIII Beynəlxalq Biltek Konqresində iştirak edərək “Təhsilin Təşkilində İnnovativ Metodlar” mövzusunda məruzə ilə çıxış edib və sertifikatla təltif edilib.
Bu mötəbər tədbirdə iştirak edərək innovativ yanaşmaları ilə təhsilin inkişafına töhfə verməsi bizim üçün qürur mənbəyidir.
Beynəlxalq Çankaya Elmi Konqresində nailiyyətMəktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Fidan Qədimli III Beynəlxalq Çankaya Elmi Konqresində iştirak edərək “Dayanıqlı İnkişaf Konsepsiyasının Azərbaycan Respublikasında Gənc Kadrların Yetişdirilməsində Rolu” mövzusunda uğurlu çıxış edib və sertifikatla təltif edilib.
Bu mötəbər tədbirdə iştirak edərək təhsilin və inkişafın əsas problemlərinə dair dəyərli fikir və yanaşmalarını təqdim etməsi bizləri qürurlandırır.