Junior English Olympiad (JEO) beynəlxalq olimpiadasında uğurMəktəbin 5K sinif şagirdi Rüzgarefe Baran, Junior English Olympiad (JEO) beynəlxalq olimpiadasında III yerə layiq görülüb və sertifikatla təltif edilib. Bu, Rüzgarefenin ingilis dili sahəsindəki bacarıqlarını göstərən və böyük uğur qazandığı bir nailiyyətdir. Onun bu müvəffəqiyyəti məktəbinin və müəllimlərinin həmçinin şagirdin ailəsinin də fəxri olmasına səbəb olub. Bu cür uğurlar, şagirdlərin potensialını daha da artırır və onları gələcəkdə yeni zirvələrə çatmağa təşviq edir.
Qeyd edək ki, Junior English Olympiad (JEO), 1-6-cı sinif şagirdlərinə İngilis dili biliklərini sınağa çəkmək və inkişaf etdirmək imkanı təqdim edir. Yarış müxtəlif səviyyələrdə dil bacarıqlarını əhatə edən problemlər və tapşırıqlar üzərində qurulmuşdur.
World Mathematics Team Championship (WMTC) Beynəlxalq Olimpiada QalibiMəktəbin 5K sinif şagirdi Yunis Ağayev, dünyanın 50-dən çox ölkəsində hər il 3 fərqli kateqoriyada keçirilən WMTC Riyaziyyat çempionatında böyük bir uğura imza atıb.
Yunis, bu çempionatda I yerə layiq görülüb və sertifikatla təltif edilib. Yunisin Riyaziyyat sahəsindəki bu müvəffəqiyyəti, gənc istedadların potensialını daha da artırır və onları yeni zirvələrə çatmağa ruhlandırır.
IX Avrasiya Beynəlxalq Tətbiqi Elmlər Konqresində nailiyyətMəktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Fidan Qədimli IX Avrasiya Beynəlxalq Tətbiqi Elmlər Konqresində iştirak edərək “Təhsildə Keyfiyyətin İdarəedilməsi” mövzusu üzrə sertifikatla təltif edilib. Bu uğuru ilə Fidan Qədimli yalnız öz bilik və bacarığını deyil, eyni zamanda təhsilimizin inkişafına olan töhfəsini də bir daha nümayiş etdirib.