Nailiyyətlərimiz

272- qaliblər sırasındaBakı Şəhəri üzrə Təhsil idarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri arasında keçirilən “Ayın ən yaxşı məktəb saytı” müsabiqəsinin may ayı üzrə qalibləri bəlli olub. Məktəb saytlarının fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması baxımından müsbət əhəmiyyəti nəzərə alınaraq, Bakı şəhəri üzrə 12 qalib məktəb seçilib. Belə ki, Nəsimi rayonu üzrə 46, Səbail rayonu üzrə 162, Yasamal rayonu üzrə 173, Nərimanov rayonu üzrə 177, Suraxanı rayonu üzrə 114, Sabunçu rayonu üzrə 72, Xəzər rayonu üzrə 149, Nizami rayonu üzrə 272, Pirallahı rayonu üzrə 243, Binəqədi rayonu üzrə 102, Xətai rayonu üzrə 55, Qaradağ rayonu üzrə 184 nömrəli tam orta məktəblər “Ayın ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibi olub. Qeyd edək ki, müsabiqə çərçivəsində məktəb saytlarında yerləşdirilən xəbərlərin, eləcə də məktəbə aid digər məlumatların yenilənməsi və dolğunluğu mütəmadi olaraq izlənilir. Qalib müəyyənləşdirilərkən əsasən, səlis və müvafiq tələblərə uyğun xəbərlərlə zəngin məktəb saytlarına üstünlük verilir. Eyni zamanda, məktəb saytlarının digər bölmələrinin də müvafiq qaydalara uyğun tərtib olunması əsas meyarlardandır. Müsabiqənin may ayı üzrə qalibi olan məktəblərin kollektivlərini təbrik edirik!

“Təhsilimizdə keyfiyyət və şagirdlərimizin vətənpərvərliyi” mövzusunda keçirilən tədbir272 saylı orta məktəbin dil-ədəbiyyat müəllimi Ağamalıyeva Şiringül İman qızı “Keyfiyyət ili” ilə əlaqədar olaraq Nizami rayonu üzrə “Təhsilimizdə keyfiyyət və şagirdlərimizin vətənpərvərliyi” mövzusunda keçirilən tədbirdə fəal iştirak etdiyinə görə təltif olunur.

Ədəbiyyat müəllimi Ağamalıyeva Şiringül İman qızı Bakı Şəhər Baş Təhsil İdarəsi tərəfindən Fəxri Fərmanla təltif edilib«Təhsil sistemində müasir yanaşmaların təşəkkülü ili» çərçivəsində keçirilən "İlin ən yaxşı müəllimi" müsabiqəsində fəal iştirakına, metodik ustalıq və pedaqoji səriştəlilik nümayiş etdirdiyinə, pedaqoji prosesdə müasir təlim metodlarım yə yeni pedaqoji texnologiyaları səmərəli tətbiq etdiyinə görə Nizami rayonundakı 272 nömrəli tam orta məktəbin Ədəbiyyat müəllimi Ağamalıyeva Şiringül İman qızı Bakı Şəhər Baş Təhsil İdarəsi tərəfindən Fəxri Fərmanla təltif edilib

HAQQIMIZDA

Bakı şəhəri Nizami rayonunda yerləşən Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəb 1985-ci ...

BİZİM FƏXRLƏRİMİZ

Nicat Mehtiyev Namiq

Bəstixanım Zeynalova Nurulla

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi