İBTİDAİ SİNİF MÜƏLLİMLƏRİNİN 1. TƏHSİL FORUMU (İSMF-2018)Yeni təhsil ilinin başlaması münasibətilə və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına dəstək olaraq ölkəmizdə ilk dəfə olaraq İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu keçirilib. Forum “Çinar Yayımları” nəşriyyatının təşəbbüsü və Nəsimi rayon İcra hakimiyyəti, Müasir İnnovasiyalar Liseyi və PROAKTİV şirkətinin təşkilatçılığı ilə baş tutub.
Forum 8 sentyabr 2018-ci il tarixində ibtidai sinif və məktəbəqədər hazırlıq müəllimlərinin, həmçinin təhsil sahəsində öz sözünü demiş aparıcı təhsil işçiləri, professor və ekspertlərin iştirakı ilə həyata keçirilib. Forumda iştirak edən müəllimlərə mükafat və setifikatlar təqdim edilib.
Azərbaycan Xalq Cümhuriyyətinin ilk Maarif naziri olmuş Nəsib bəy Yusifbəylinin adına təsis olunmuş bu mükafat, İSMF Təşkilat Komitəsi tərəfindən bu il təhsil sahəsində öz fəaliyyəti ilə seçilən 3 müəllimə təqdim olunub. Bu seçilən müəllimlərdən biri də bizim məktəbin ibtidai sinif müəllimi Sevil Qulubəyova olub. Məktəbimizin bir qrup ibtidai sinif müəllimləri isə bu forumda iştirak edərək sertifikatlarla təltif olunublar.
ŞAGİRDİMİZİN QALİBİYYƏTİ22 iyunda Arpaçay Karate klubunun təşkil etdiyi Qara Dəniz və Xəzəryanı ölkələrarası karate üzrə Beynəlxalq Turnirdə məktəbimizin 7 “A” sinif şagirdi Oksana Nakaneçnaya 14 yaşlılar arasında keçirilən yarışda 3-cü yerə layiq görülüb. Şəgirdimizi bu qələbə münasibəti ilə təbrik edirik və uğurlarının davamlı olmasını arzulayırıq.
Şagirdimizin uğuru6 iyun 2018-ci il tarixində məktəbimizin 7 “A” sinif şagirdi Quliyev Hakim Pənah oğlu Rus dili və ədəbiyyatı fənnindən keçirilən olimpiadada qalib olduğu üçün Slavyan Universitetində diplomla təltif olunub. Şagirdimizi bu qalibiyyətlə təbrik edirik və bu cür qalibiyyətlərin davamlı olmasını arzulayırıq.