Birincilərin ilk sevinci – Əlifba bayramı

Məktəbin akt zalında Lalə Süleymanovanın rəhbərliyi ilə 1E sinif şagirdlərinin  “Əlifba bayramı” keçirilib.

Tədbirdə direktor Səfurə Rəhimova, direktor müavini Sevil Rəfiyeva, müəllimlər və valideynlər iştirak ediblər. Tədbir Dövlət himninin səslənməsi ilə  başlayıb.

"Əlifba bayramı” hər bir uşağın həyatında əlamətdar bir hadisədir.  Birincilər   bu gün həyatda ən vacib addımlardan birini atıblar. Onlar artıq hərfləri tanıyır və sərbəst oxuyurlar.

Bu bayramın keçirilməsi məktəbdə mühüm bir hadisədir. “Əlifba bayramı”nın qeyd edilməsi məktəbdə gözəl bir ənənəyə çevrilib.

Birincilər böyük inam və sevinclə müəllim və valideynləri qarşısında çıxış ediblər.

Bayram çox təntənəli və maraqlı keçib. Uşaqlar oxumaq bacarıqları ilə yanaşı, vətənimizin sərvətləri və adət-ənənələrini necə gözəl öyrəndiklərini də nümayiş etdiriblər. 

Sonda direktor Səfurə xanım yeni təhsil sisteminin gələcəyimiz olan uşaqların layiqli vətəndaş kimi yetişməsinə xidmət etdiyini bildirib. O, birincilərə yaxşı oxumağı, Vətənə layiqli övlad kimi yetişməyi tövsiyə edib. “Əlifba bayramı” münasibətilə onları təbrik edib və şagirdlərinə biliklərin açarı olan Əlifbadan başlayaraq bütün kitabları sevməyi və səylə biliklərə yiyələnməyi, Vətəni sevən, savadlı vətəndaş olmağı arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi