Nailiyyətlərimiz

BASKETBOL YARIŞINDA DAHA BİR QƏLƏBƏMİZMəktəblər arasında basketbol üzrə Respublika çempionatının Xətai rayon mərhələsi keçirilib. Maraqlı müabrizə şəraitində keçən yarışda 269 saylı tam orta məktəbin həm qızlardan, həm dəoğlanlardan ibarət yığma komandası qalib gələrək I yerə layiq görüldülər. Komandamız Xətai rayon gənclər və idman idarəsinin diplomları ilə təltif olundular. Bu qələbə münasibəti ilə kollektivimiz adından qaliblərimizi və onların müəllimi Ələkbərov Azəri təbrik edir, uğurlarının daimi olmasını arzu edirik.

MƏKTƏBİN 1 A SİNİF ŞAGİRDİ ....... SAF 2022 FESTİVALINDA FİNALDASAF (STEAM Azerbaijan Festival) 2022 – Azərbaycan Respublikası Elm və Təshil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində 5-9 dekabr 2022-ci il tarixlərində Baku Expo Mərkəzində keçirilmişdir. Məktəbimizin 1 a sinif şagirdi Hənifiyev Fateh Nihad oğlu robotexnika layihəsini təqdim edərək finalda qalib komandalar arasında II yerə layiq görülmüşdür. Bu qələbə münasibəti ilə Fatehi direktorumuz və kollektivimiz adından ürəkdən təbrik edir, ona daha böyük uğurlara imza atmağı arzulayırıq

Mənim gündəliyim   Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsi kecirilib. Müsabiqənin keçirilməsinin əsas məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsidir. Eyni zamanda, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsidir.  Müsabiqədə həmçinin R.Məmmədov adına 269 saylı tam orta məktəbin şagirdləri  böyük həvəs və maraqla  iştirak etmişlər. Məktəbimizin şagirdləri Bakı Şəhəri üzrə Təhsil  İdarəsi tərəfindən iştirakçı sertifikatına layiq görülmüşdür. Şagirdləri və onlara dəstək göstərən müəllimləri təbrik edir, növbəti müsabiqələrdə uğurlar arzu edirik.​

HAQQIMIZDA

      Bakı şəh...

BİZİM FƏXRLƏRİMİZ

Gülsəfa Osmanlı Sənan

Tərlan Quliyev İlqar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi