Nailiyyətlərimiz

ŞAGİRDİMİZİN KARATE TURNİRİNDƏ UĞURUBakı İdman Sarayında uşaq, yeniyetmə və gənclər arasında (6-18 yaş) karate üzrə Beynəlxalq “Caspian Open” turniri təşkil olundu. Turnir Azərbaycan Milli Karate Federasiyasının və Azərbaycan Karate Təşkilatının dəstəyi ilə keçirildi. Turnirdə Rüfət Məmmədov adına 269 saylı tam orta məktəbin 6 e sinif şagirdi Mətin Sultanda iştirak edərək I yerə layiq görüldü. O, 10-11 yaşlılar arasında 40 kq çəkidə qalib oldu. Məktəbin kollektivi adından Mətini təbrik edir ona gələcək yarışlarda da belə qələbə sevinci arzu edirik.

BİZ SİZİNLƏ FƏXR EDİRİK ƏZİZ ŞAGİRDLƏRİMİZMəktəbin direktoru Aygün xanım Əzizovanın təşəbbüsü ilə məktəbimizin fəxrləri adlı stend yaradıldı. Həmin stenddə həm təhsil, həm də idman sahəsində nəaliyyət qazanmış şagirdlərimizin şəkilləri öz əksini tapdı. Bununla rəhbərlik şagirdlərə dərsdən sonrakı vaxtlarını səmərəli keçirməyin vacibliyini təbliğ etmiş oldu. Şagirdlərimizi kollektivimiz adından təbrik edir, daha böyük uğurlara imza atmağı, yüksək balla ali məktəb tələbəsi olaraq qarşılarına qoyduqları hədəflərə çatmağı, müəllim və valideynlərinin başını uca edərək layiqli vətəndaşlar olmağı onlara arzu edirik.

ŞAGİRDLƏRİMİZİN UĞURUBildirdiyimiz kimi Rüfət Məmmədov adına 269 N-li tam orta məktəbdə Təşkilatçı müavin Nəzrin Vəkilova və məktəbin təsviri incəsənət müəllimi Bayramova Arzunun təşkilatçılığı ilə "Narkomaniyaya YOX deyək!" adlı rəsm sərgisi keçirildi. Həmin rəsm müsabiqəsində fərqlənən şagirdlər Quliyeva Leyli və Əlizadə Aydanın rəsm əsərləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Narkomaniyaya yox deyək" adlı rəsm müsabiqəsinə göndərildi. Şagirdlərimiz sərgidə fəal iştirakına görə sertifikatla mükafatlandırıldılar. Məktəb kollektivi adından şagirdlərimizi təbrik edir, gələcək müsabiqələrdə uğurlar arzulayırıq.

HAQQIMIZDA

      Bakı şəh...

BİZİM FƏXRLƏRİMİZ

Nuray Musabalıyeva Rövşən

Amin Cəlilov Uğur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi