Nailiyyətlərimiz

Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş voleybol yarışıMartın 16-da məktəbin idman zalında fiziki tərbiyə müəllimləri Kuznetsova Yana və Allahverdiyev Nurlanın təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mini voleybol yarışı keçirildi. Məktəbin X sinif şagirdlərindən ibarət komandaların iştirakı ilə keçən yarışlarda I,II və III yerlərin sahibləri müəyyənləşdi. I yerə 10 Ç , II yerə 10 B , III yerə 10 D sinif şagirdlərindən ibarət komandalar layiq görüldü. Yarışları məktəb rəhbərliyi və idman müəllimləri izlədilər. Sonda məktəbin direktoru Aygün xanım Əzizova komandaları diplomlarla mükafatlandırıb, onlarla xatirə şəkli çəkdirdi.

MİNİ FUTBOL TURNİRİ2023-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Bu məqsədlə, eləcə də ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq məktəbimizin X sinif şagirdləri arasında mini futbol turniri keçirildi. Gənclik parkında keçirilən turnir məktəbin fiiki tərbiyə müəllimləri Kuznetsova Yana və Allahverdiyev Nurlan tərəfindən təşkil olunmuşdur.Yarışda I yerə məktəbin 10 D, II yerə 10 C, III yerə isə 10 B sinifləri layiq görüldü.

Şagirdimizin uğuru   Məktəbimizin 11A sinif şagirdi Eminova Aliyə Gənclər və İdman Nazirliyi Xətai Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan Ümumimilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Dahi lider" adlı esse yazı müsabiqəsində uğur qazanaraq III yerə layiq görülmüşdür və diplomla təltif olunmuşdur. Bu uğur münasibəti ilə Aliyəni məktəbimizin direktoru Aygün xanım Əzizova və məktəb kollektivi adından təbrik edir, gələcəkdə daha böyük uğurlara imza atmağı arzulayırıq.

HAQQIMIZDA

      Bakı şəh...

BİZİM FƏXRLƏRİMİZ

Nigar Fərzullayeva Ramin

İsrafil Yusublu Elçin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi