Nailiyyətlərimiz

Şagirdlərimizin uğurlarıMəktəbimizin şagirdləri daima həm yerli həm də beynəlxalq idman və bilik yarışlarında həmişə öz zehni və fiziki qabiliyyətləri ilə fərqləniblər. Belə şagirdlərimizdən 9 C sinif şagirdi Zərbəliyev Ayaz Gürcüstan Respublikasında keçirilən yeniyetmələrarası üçgüçülük yarışında III yerə, 7 A sinif şagirdi Ağayeva Fatimə Məntiq və riyaziyyat üzrə bilik yarışında II yerə, 8 E sinif şagirdi Hüseynova Nərgiz isə     layiq görülmüşdür. Hər üç şagirdimiz diplom və medallarla təltif edilmişlər. Məktəbimizin direktoru Əzizova Aygün xanım şagirlərlə görüşüb onları təbrik etmiş, gələcək yarışlarda uğurlar arzulamışdır. Sonda hər bir şagirdlə xatirə şəkli çəkdirmişdir.

Rəsmdə uğurumuzBakı Şəhəri üzrə Təhsil İdarəsi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Daimi Fəaliyyət Göstərən Işçi Qrupunun birgə təşkilatçılığı Ilə Bakı şəhər  məktəbliləri  arasında “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə məktəbimizin şagirdi Quliyeva Leyli Elşad qızı iştirak edərək uğur qazanmışdır. Bundan başqa Fövqəladə hallar uşaqların gözü ilə adlı rəsm müsabiqəsindədə iştirak etmişdir. Şagirdimizi bu uğurları münasibəti ilə  təbrik edirik. 

ŞAGİRDİMİZİN GİMNASTİKADA UĞURU28-29 yanvar tarixlərində “Sports box” klubunun təşkilatçılığı ilə 1-ci “Victory cup (Zəfər yarışı)” adlı açıq birincilik keçirilib. Yarışda Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Qazaxıstan, Küveyt və BƏƏ-dən ümumilikdə 300-dən artıq gimnast iştirak edib. Yarışda məktəbimizin 3 E sinif şagirdi Quliyeva Fərəhdə həmin yarışda iştirak etdi. Fərəh 2 diplom qazanaraq 2-ci və 3-cü yerlərər layiq görüldü. Məktəbimizin direktoru Aygün xanım Əzizova və kollektivimiz adından Fərəhi təbrik edir, gələcəkdə daha böyük uğurlara imza atmağı arzu edirik.

HAQQIMIZDA

      Bakı şəh...

BİZİM FƏXRLƏRİMİZ

Nigar Fərzullayeva Ramin

Nuray Musabalıyeva Rövşən

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi