Nailiyyətlərimiz

HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ I BAKI İDMAN FESTİVALIBakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Bakı İdman Festivalı keçirilib.Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə məktəbimizin fiziki tərbiyə müəllimləri və müxtəlif idman növləri ilə məşğul olan şagirdlərimiz iştirak etdilər. VIII sinif şagirdi Məryəm idman növlərinə aid rəsm əsəri çəkdi. Festivalda məktəbimizin fəaliyyəti dövründə müxtəlif yarışlarında şagirdlərimizin qazandığı kuboklar, medallar nümayiş olundu.

BASKETBOL YARIŞI5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən idman həftəsi çərçivəsində VIII və X siniflərarası Basketbol yarışı keçirildi. Yarışda məktəbin oğlanlardan və qızlardan ibarət basketbol komandaları iştirak etdilər. Yarış əməkdar müəllim, məktəbin fiziki tərbiyə müəllimi Ələkbərov Azərin rəhbərliyi ilə baş tutdu.

QALİBLƏRİN MÜKAFATLANDIRILMASI27 fevral – 3 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirildi. Layihə çərçivəsində tərtib edilmiş proqrama uyğun olaraq məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri təşkil edildi. Direktor Aygün xanım Əzizova , Təşilatçı və Təlim-tərbiyə işləri üzrə direktor müavinləri qaliblərin mükafatlandırılması mərasimində iştirak etdilər. Qaliblər diplomlarla təltif olundular. Qeyd edək ki, "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir. Layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.

HAQQIMIZDA

      Bakı şəh...

BİZİM FƏXRLƏRİMİZ

Nəzrin Mustafayeva Yasin

Jalə Fətəliyeva Əmir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi