Kiçik Akademiya

Kiçik Akademiyanın növbəti yığıncağı keçirildi14.12.2023-cü il tarixində məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın yığıncağı keçirildi. Yığıncaqda Kiçik Akademiyanın prezidenti Quliyeva Aidə, bölmə rəhbərlərindən Zeynalova Türanə və kitabxana müdiri iştirak edirdilər.  Yığıncaqda iştirak edən Kiçik Akademiya üzvləri "KİC 8462852" ulduzu, "İki qat insan psixologiyası", "Qlobal iqlim dəyişməsi " "Atmosfer təyziqinin hidrostatik təyziqə təsiri"  Musiqi səslərinin insan orqanizminə təsiri mövzusunda maraqlı təqdimat olundu.Tədqiqatlar bitəndən sonra Kiçik Akademiya üzvləri arasında maraqlı fikir mübadiləsi aparıldı.

Ətraflı

Kiçik Akademiyanın yeni üzvləri ilə görüş keçirildi27/10/2023-cü il tarixində məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın fəaliyyət planına əsasən yeni qəbul olunan üzvlərlə məktəb direktoru və Kiçik Akademiyanın prezidentinin görüşü keçirildi. Qeyd edək ki, yeni üzvlərlə görüşdə məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın fəaliyyəti, məqsəd və vəzifələri haqqında məlumat verildi. Yeni üzv qəbul olunan şagirdlərə üzvlük biletləri təqdim olundu. Həmçinin fəaliyyət planına əsasən Kiçik Akademiyanın yeni işıq üzü görən divar qəzeti təqdim olundu. Şagirdlərimizə uğur arzu edirik.

Ətraflı

"HEYDƏR ƏLİYEV İLİNƏ HƏSR OLUNMUŞ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ" MÖVZUSUNDA İNTERAKTİV DƏRS27/04/2023-cü il tarixində məktəbimizin bir qrup feal Kiçik Akademiya üzvləri Milli Tarix Muzeyində "Heydər Əliyev ilinə həsr olunmuş Milli-mənəvi dəyərlərimiz" mövzusunda masterklasda iştirak etdilər. Qeyd edək ki, Kiçik Akademiyanın prezidenti Quliyeva Aidənin rəhbərliyi ilə Kiçik Akademiya üzvlərinin Ümummilli Lider Heydər Əliyevlə bağlı məruzələri də dinlənilmişdir. Məruzələrdə, Milli Tarix Muzeyinin əməkdaşları da iştirak ediblər. Həmçinin Muzeyin əməkdaşları tərəfindən şagirdlərə gips fiquru üzərində simvolik rənglənmısi qaydası öyrədilib, müxtəlif intellektual oyunlar oynalınıb, pazllar qurulub.

Ətraflı

Şagirdlərimizin əl işlərindən ibarət sərgi təşkil olunubMəktəbimjizdə fəaliyyət göstərən Kiçik Akademiyanın illik fəaliyyət planına uyğun olaraq Kiçik Akademiyanın "İncəsənət" bölməsi tərəfindən şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək və istedadlı şagirdlərin əl işlərini nümayiş etdirmək məqsədilə sərgi təşkil olundu. Sərgi məktəbin texnologiya müəllimləri Ağacanova Nərmin və Səfərova Təranənin şagirdlərlə iş birliyi əsasında ərsəyə gəlmişdir. Sərgidə müxtəlif mövzulara aid əl işləri-tikmələr, toxumalar və rəsm işləri nümayiş olunub.

Ətraflı

"Sudan səmərəli istifadə" mövzusunda dəyirmi masa09/03/2023- cü il tarixində məktəbin fizika müəllimi, Kiçik Akademiya prezidenti Quliyeva Aidə tərəfindən "Sudan səmərəli istifadə" mövzusunda dəyirmi masa keçirildi.        Dəyirmi masada V-IX siniflərdən olmaqla 20 nəfər şagird iştirak edirdi. Məktəbin direktoru, psixoloq dəyirmi masada iştirak etdilər . Şagirdlər onlara öncədən verilmiş tapşırıqlar əsasında şirin su ehtiyatlarının qorunması ilə bağlı araşdırmalar aparmış və araşdırmalarının nəticələrini hazırdıqları təqdimatlar vasitəsilə təqdim etdilər. Fizika müəllimi, məktəbin direktoru sonda yekun çıxışlarl ilə dövrümüzün ən aktual problemi kimi şirin su qaynaqlarının azalmasına diqqət çəkdilər və şagirdləri gündəlik həyatlarında sudan qənaətlə istifadə etməyi təşviq etdilər.

Ətraflı

Kiçik Akademiyanın fəaliyyəti çərçivəsində fizika fənni üzrə bilik yarışı keçirilib26.01.2023-cü il tarixində Kiçik Akademiyanın fəaliyyəti çərçivəsində fizika fənni üzrə VII sinif şagirdləri arasında bilik yarış keçirildi. Yarış 3 mərhələ və yekundan ibarət oldu. I mərhələ şagirdlərə müxtəlif fiziki hadisələrdə buraxılış açar sözləri tapmaq, II mərhələdə kəmiyyətlər və vahidlərlə bağlı boşluqları doldurmaq, III mərhələdə ümumi suallar və müxtəlif  tipli məsələlər təqdim olundu. Yarış məktəbin direktoru, təşkilatçı,psixoloqu tərəfindən izlənildi və qiymətləndirildi. Sonda qalib komandalar və fərdi şəkildə fərqlənən şagirdlər rəğbətləndirildilər.

Ətraflı

"Fizika Həvəskarları" adlı dəyirmi masa keçirildi.12.01.2023-cü il tarixində Fizika aylığı çərçivəsində Kiçik Akademiya üzvlərinin iştirakı ilə məktəbin fizika müəllimi , KA -nın prezidenti Quliyeva Aidə tərəfindən "Fizika Həvəskarları" adlı dəyirmi masa keçirildi. Dəyirmi masada şagirdlər tərəfindən "Enerji çevrilmələri" , Cərəyanlı naqil ətrafında maqnit sahəsi"  "Maqnit spektrinin alınması" , Ağırlıq mərkəzinin tapılması", Birləşmiş qablar qanunu" və bir sıra təcrübələr nümayiş olundu. Aidə Quliyeva şagirdlərə təşəkkür edib və öz tövsiyyələrini təcrübəçi şagirdlərinə çatdırdı.

Ətraflı

Kiçik Akademiyanın növbəti toplantısı baş tutdu31.10.2022 -ci il tarixində məktəbin direktorunun iştirakı ilə Kiçik Akademiyanın növbəti toplantısı baş tutdu. Toplantının keçirilməsində məqsəd Kiçik Akademiyanın qarşıdakı fəaliyyət planını müzakirə etmək, həyata keçiriləcək tədbirlərin daha səmərəli olmasını təmin etməkdən ibarət olub. Kiçik Akademiyanın prezidenti Quliyeva A. çıxış edərək qarşıda AMEA-nın Fizika İnstitutuna səfərin planlaşdırıldığından digər görüləcək işlərdən bəhs edib. İnformatika Humanitar elmler bölmələrinin sədrləri İbrahimova Ç. və Əjdərli P. çıxış edərək görüləcək işlər barədə danışıblar. Sonda Kiçik Akademiyaya yeni üzv olan şagirdlərimizə üzvlük vəsiqələri təqdim olunub.

Ətraflı

"EKALOJİ TARAZILIQ" MÖVZUSUNDA DƏYİRMİ MASA29.09.22 ci il tarixində Kiçik Akademiyanın fəaliyyəti çərçivəsində Akdemiyanın prezidenti, məktəbin fizika müəllimi Quliyeva Aidə tərəfindən "Ekalojı tarazılıq" mövzusunda dəyirmi masada Kiçik Akademiyanın kiçik yaş qrupundan olan üzvləri ilə birlikdə dövrümüzün ekaloji problemleri müzakirə olundu. Bu problemlərin həll olunmasının yolları araşdırıldı və nəticələr əldə olundu. Dəyirmi masa zamanı Kiçik Akademiya üzvləri ekolojı problemlərin aradan qaldırılması üçün hazırladıqları lahiyələri təqdim etdilər.

Ətraflı

"Təbiət və mən" lahiyəsi uğurla yekunlaşdıKiçik Akademiyanın təbiət bölməsinin üzvlərinin iştirakı və bölmə rəhbəri, coğrafiya müəllimi Bağırova Rəvanənin rəhbərliyi ilə artıq 1 aya yaxındır davam edən "Mən və Təbiət" lahiyəsi nin hesabat yığıncağı keçirildi. Lahiyə çərçivəsində iştirakçılar tərəfindən təbiətin və ətraf ərazilərin tullantılarından təmizlənməsi ilə bağlı sosial çarx hazırlanmış, dəniz kənarı ərazilər məişət tullantılarından təmizlənmiş, məişət tullantılarının azadılması və səmərəli yönləndirilməsi ilə bağlı bukletlər hazırlanıb şagird və valideynlər arasında paylanılmışdır. Həmçinin şagird, valideyn müəllimlər və məktəb rəhbərliyi ilə məişət tullantıları ilə bağlı sorğuların nəticələri bütün sorğuların nəticələri təhlil olunaraq diaqramlar şəklində təqdim olunmuşdur. İnanırıq ki, Kiçik Akademiyamızın fəallarının böyük səyi ilə reallaşan lahiyəmiz nəticəsiz qalmayacaq. Lahiyəyə cəlb olunan bir qrup insanlar ətrafı daha az çirkləndirməyə çalışacaqlar.

Ətraflı

Kiçik Akademiyada növbəti seminar keçirildiMəktəbin Kiçik Akademiyasının fəaliyyət planı çərçivəsində şagirdlərdə elmi-bilikləri təbliğ etmək,elmi-yaradıcılığa maraq oyatmaq məqsədilə 10 B sinif şagirdləri, KA -nın Texniki bölmə üzvü Mayılova Əzizxanım - "İnsan Psixologiyası " və Təbiət bölmə üzvü Əliyeva Aydan - "Hibrid düşüncə" mövzularında tədqiqat işləri ilə çıxış etdilər. Təqdimat işləri KA-nın üzvləri tərəfindən maraqla qarşılandı və temperamentin növləri və xəritə ilə ayaq izlərinin birləşdirilməsi mövzusu ətrafında fikir mübadiləsi aparıldı. Sonda şagirdlər KA-nın prezidenti Quliyeva Aidə tərəfindən Təşəkkürnamə ilə təltif olundu.

Ətraflı

Kiçik Akademiyanın İncəsənət bölməsinin üzvü XI sinif şagirdinin sərgisi təşkil olunduBu günlərdə məktəbimizdə Kiçik Akademiyanın İncəsənət bölməsinin üzvi 11b sinif şagirdi Kübranın rəhbərliyindən ibarət sərgi nümayiş olunur.Qeyd edək ki,sərgi Kiçik Akademiyanın prezidenti Quliyeva Aidənin dəstəyi ilə təşkil olunmuşdur.Sərgidə dillərdə dastana dönən 49 günlük Vətən Müharibəsinin şəhidi Xudayar Yusifzadənin portreti nümayiş olunur. Əsasən ağ və qara rənglərlə işlənmiş rəsmlərdə xüsun texnologiyalardan istifadə olunmuşdur. Sərginin təşkil olunmasında göstərdiyi fəallığa görə XI sinif şagirdi məktəb rəhbərliyi tərəfindən Təşəkkürnamə ilə təltif olunmuşdur

Ətraflı

Şagirdlərimiz AMEA-nın ədəbiyyat İnstitutunda24.01.2022-ci il tarixində məktəbimizdə fəalliyyət göstərən Kiçik Akademiyanın prezidenti Aidə Quliyeva tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına ekskursiya təşkil olundu. İlk öncə "Nizamişünaslıq"şöbəsində Filalogiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova görülən işlər qazanılan uğurlar haqqında şagirdlərlə söhbət apardı. Sonra şagirdlər "Mətbuat və Publisistik", "Fizulişünaslıq" ,Azərbaycan şifahi xalq ədəbiyyatı"şöbələrinin fəaliyyəti ilə yaxından tanış oldular."Yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsində İslam Qəribov yeni dövrün yaradıcılığından bəhs etdi. AMEA-nın icraçı direktoru Mehman Həsənli ilə birlikdə "Elektron akt zalı" kabinetində görüş keçirildi və AMEA -nın tarixi haqqında geniş məlumat verdi.Daha sonra şagirdlər "təqdimat mövzu"ları ilə çıxış etdilər. Günəş sistemi və zamanda səyahət,Robot texnikası,Alternativ enerji mənbələri,Dünya şöhrətli alim Lütfi Zadə haqqında çıxışlar təqdim olundu. Sonda şagirdlərə kitablar təqdim olundu.

Ətraflı

Kiçik Akademiyada hesabat xarakterli görüş keçirildi23.12.2021-ci il tarixində Kiçik Akademiya üzvləri ilə görüş keçirilib. Görüşdə məktəbin direktoru və Kiçik Akademiyanın prezidenti Aidə Quliyeva və şagird üzvləri iştirak etdiblər. Görüşün əvvəlində Kiçik Akademiya,üzvlərinə üzvlük vəsiqələri təqdim olunub. Daha sonar Akademiyanın prezidenti görülmüş işlər barədə hesabat xarakterli çıxış edib və qarşıda duran işlər barədə akademiya üzvlərinə məlumat verib .Məktəbin direktoru Babayeva Kəmalə çıxış edərək akademiya üzvlərini bundan sonar da aktiv olmağa səsləyib və onlara gələcək fəaliyyətlərində uğur arzulayıb.

Ətraflı

Kiçik Akademiya1.1."Kiçik Akademiya" yaradıcılıq və elmi tədqiqat işlərinə meyil və maraq göstərən bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssələrində yaradılan ictimai birlikdir. 1.2. KA-nın fəaliyyəti könüllü,hüquq bərabərliyi və özünü-idarə prinsipləri əsasında qurulur. 1.3.KA öz fəaliyyətində istedadlı uşaq və gənclərlə Azərbaycan Respublikası Təhsil Nazirliyini müvafiq qərar,əmr və sərəncamlarını və bu əsasnaməni rəhbər tutur. 2.1 K A-nın təşkilində məqsəd-yerli və Respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə,bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən,şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir. 2.2.1 K A-nın əsas vəzifələri-Elmi tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq mövcud yaradıcılıq potensiallarını nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək. 2.2.2 Şagirdlərdə elmi-yaradıcılığa maraq oyatmaq,onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək. 2.2.3 Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq. 2.2.4 Tanınmış alim və mütəxəsisləri istedadlı şagirdləri işə cəlb etmək. Məktəbimizdə "Kiçik Akademiya" 01.05.2021-ci ildən fəaliyyətə başlayıb. Kiçik Akademiyanın fəaliyyəti bölmələr üzrə təşkil olunur.Onun tərkibində humanitar,təbiət bölməsi,texniki,incəsənət bölməsi olmaqla fəaliyyət göstərir.Akademiyanın prezidenti fizika müəllimi Q.Aidədir. İlk iclas KA-nın məsul şəxslərinin seçilməsi və üzvlərinin təyin olunması ilə bağlı olub. V-XI siniflər arasında 30-a yaxın üzvlər təyin olunub. Sonrakı iclaslar KA-nın Nizamnaməsini hazırlamaq fəaliyyət planını,strukturunu,bayraq və üzvlük vəsiqələrini tərtib etmək və AK-nın məqsəd və vəzifələri haqqında məlumat verməklə bağlı keçirilib.

Ətraflı
HAQQIMIZDA

      Məktəb təlim-tərbiyə ocağı, elm öyrənmə beşiyidir. Məktəbin əsas mə...

BİZİM FƏXRLƏRİMİZ

Sürəyya Quliyeva Ceyhun

Rəsul Haciyev Nəsrəddin

HAQQIMIZDA

      Məktəb təlim-tərbiyə ocağı, elm öyrənmə beşiyidir. Məktəbin əsas mə...

BİZİM FƏXRLƏRİMİZ

Sürəyya Quliyeva Ceyhun

Rəsul Haciyev Nəsrəddin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi