Kiçik Akademiyanın yeni üzvləri ilə görüş keçirildi

27/10/2023-cü il tarixində məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın fəaliyyət planına əsasən yeni qəbul olunan üzvlərlə məktəb direktoru və Kiçik Akademiyanın prezidentinin görüşü keçirildi. Qeyd edək ki, yeni üzvlərlə görüşdə məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın fəaliyyəti, məqsəd və vəzifələri haqqında məlumat verildi. Yeni üzv qəbul olunan şagirdlərə üzvlük biletləri təqdim olundu. Həmçinin fəaliyyət planına əsasən Kiçik Akademiyanın yeni işıq üzü görən divar qəzeti təqdim olundu. Şagirdlərimizə uğur arzu edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi