"Sudan səmərəli istifadə" mövzusunda dəyirmi masa

09/03/2023- cü il tarixində məktəbin fizika müəllimi, Kiçik Akademiya prezidenti Quliyeva Aidə tərəfindən "Sudan səmərəli istifadə" mövzusunda dəyirmi masa keçirildi.        Dəyirmi masada V-IX siniflərdən olmaqla 20 nəfər şagird iştirak edirdi. Məktəbin direktoru, psixoloq dəyirmi masada iştirak etdilər . Şagirdlər onlara öncədən verilmiş tapşırıqlar əsasında şirin su ehtiyatlarının qorunması ilə bağlı araşdırmalar aparmış və araşdırmalarının nəticələrini hazırdıqları təqdimatlar vasitəsilə təqdim etdilər. Fizika müəllimi, məktəbin direktoru sonda yekun çıxışlarl ilə dövrümüzün ən aktual problemi kimi şirin su qaynaqlarının azalmasına diqqət çəkdilər və şagirdləri gündəlik həyatlarında sudan qənaətlə istifadə etməyi təşviq etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi