HAQQIMIZDA

      Məktəb təlim-tərbiyə ocağı, elm öyrənmə beşiyidir. Məktəbin əsas məqsədi  cəmiyyət üçün vətənpərvər, savadlı, dünyagörüşlü, bacarıqlı  şəxsiyyətlər yetişdirməkdir. Hər kəs  kiçik yaşlarından  məktəbə  gedir, elmin sirlərinə məhz o müqəddəs məkanda yiyələnir, çünki  kiçik yaşda öyrənilən bilik daş üzərinə yazılmış yazı kimidir, heç vaxt  unudulmaz, lakin  müəyyən olunmuş yaş həddini keçdikdən sonra  öyrənilən bilik isə su üzərinə yazılan yazıya bənzər ki, tez  unudular.

       Dünyanın hər yerində müxtəlif tipli məktəblər var.Azərbaycan Respublikasında da  çox sayda məktəblər, gimnaziyalar, liseylər, universitetlər  yaradılıb.Bunun nəticəsidir ki, ölkəmizdə oxuma-yazma  faizi dünyanın bir çox ölkələrinin  statistikasından yüksəkdir.

       Azərbaycanın sayca ən çox məktəbləri Bakı şəhərindədir. Bunlardan biri də Xəzər rayonu Türkan qəsəbəsində yerləşən  262№-li tam orta məktəbdir.Məktəb 1979-cu ildə tikilib,1980-ci ildə isə fəaliyyətə başlayıb.40 ildən çoxdur ki, Türkan qəsəbə sakinlərinin  övladlarının elm, bilik almasına xidmət göstərir. Məktəbin ilk direktoru Eminov Mehman  olmuşdur. O, 1991-ci ilədək məktəbə rəhbərlik etmişdir.1991 –ci ildə məktəbə direktor Cəfərov Qafar təyin olunmuşdur.Qafar müəllim  30 ilə yaxın müddətdə məktəbə rəhbərlik edərək 2020-ci ildə bu vəzifədən azad olmuşdur.17.09.2021-ci ildə  Babayeva Kəmalə İsmayıl qızı  məktəbdə direktor vəzifəsinə təyin olunur.Hal-hazırda məktəbə rəhbərlik edir.

       262 №-li tam orta məktəb 1176 yerlikdir.Məktəbdə 1000-dək şagird təhsil alır.Hər il 100-lərlə məzun məktəbi bitirir,10-larla şagird ali məktəblərə qəbul olur, kollec, peşə və orta təhsil ocaqlarında təhsilini davam etdirirlər.Məktəbin  100-dək savadlı, peşəkar pedoqoji və işçi kollektivi  şagirdlərin təlim-tərbiyəsində, sağlam və ziyalı nəsil kimi yetişməsində səylə xidmət göstərir.Məktəbdə 2021-ci ildə Kiçik Akademiya yaradıldı. Bu da bacarıqlı, istedadlı  araşdırmaya meylli şagirdlərin üzə çıxmasında mühüm rola malik bir təşkilatdır.

       Məktəb 2008-ci ildə Xəzər rayonunun deputatı olmuş Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən əsaslı təmir olunaraq yenidən istifadəyə verilmişdir.Məktəb iki korpusdan ibarətdir.Ön tərəfdəki əsas korpus 3, arxa korpus isə 2 mərtəbəlidir.Ön korpusda sinif otaqları,direktorun otağı və müəllimlər otağı , arxa korpusda isə geniş idman zalı, akt zalı, bufet,kitabxana, “Uşaq birliyi”otağı, pandemiyaya uyğunlaşdırılmış karantin otağı, psixoloq otağı, hərbi hazırlıq otağı yerləşir.

  2022/2023cü tədris ilindən STEAM, 2023/2024 cü tədris ilindən Rəqəmsal bacarıqlar lahiyəsi tətbiq edilir. Həmçinin 2022/2024 cü tədris ilindən məktəbimizdə 2 istiqamət üzrə peşə sinfi fəaliyyət göstərir.

2021/2022-ci tədris ilindən məktəbimiz "İnnovativ Azərbaycan məktəbi" lahiyəsi üçün seçilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi