Şagirdlərimiz AMEA-nın ədəbiyyat İnstitutunda

24.01.2022-ci il tarixində məktəbimizdə fəalliyyət göstərən Kiçik Akademiyanın prezidenti Aidə Quliyeva tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına ekskursiya təşkil olundu. İlk öncə "Nizamişünaslıq"şöbəsində Filalogiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova görülən işlər qazanılan uğurlar haqqında şagirdlərlə söhbət apardı. Sonra şagirdlər "Mətbuat və Publisistik", "Fizulişünaslıq" ,Azərbaycan şifahi xalq ədəbiyyatı"şöbələrinin fəaliyyəti ilə yaxından tanış oldular."Yeni dövr Azərbaycan ədəbiyyatı" şöbəsində İslam Qəribov yeni dövrün yaradıcılığından bəhs etdi. AMEA-nın icraçı direktoru Mehman Həsənli ilə birlikdə "Elektron akt zalı" kabinetində görüş keçirildi və AMEA -nın tarixi haqqında geniş məlumat verdi.Daha sonra şagirdlər "təqdimat mövzu"ları ilə çıxış etdilər. Günəş sistemi və zamanda səyahət,Robot texnikası,Alternativ enerji mənbələri,Dünya şöhrətli alim Lütfi Zadə haqqında çıxışlar təqdim olundu. Sonda şagirdlərə kitablar təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi