Kiçik Akademiya

1.1."Kiçik Akademiya" yaradıcılıq və elmi tədqiqat işlərinə meyil və maraq göstərən bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssələrində yaradılan ictimai birlikdir. 1.2. KA-nın fəaliyyəti könüllü,hüquq bərabərliyi və özünü-idarə prinsipləri əsasında qurulur. 1.3.KA öz fəaliyyətində istedadlı uşaq və gənclərlə Azərbaycan Respublikası Təhsil Nazirliyini müvafiq qərar,əmr və sərəncamlarını və bu əsasnaməni rəhbər tutur. 2.1 K A-nın təşkilində məqsəd-yerli və Respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə,bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən,şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir. 2.2.1 K A-nın əsas vəzifələri-Elmi tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq mövcud yaradıcılıq potensiallarını nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək. 2.2.2 Şagirdlərdə elmi-yaradıcılığa maraq oyatmaq,onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək. 2.2.3 Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq. 2.2.4 Tanınmış alim və mütəxəsisləri istedadlı şagirdləri işə cəlb etmək. Məktəbimizdə "Kiçik Akademiya" 01.05.2021-ci ildən fəaliyyətə başlayıb. Kiçik Akademiyanın fəaliyyəti bölmələr üzrə təşkil olunur.Onun tərkibində humanitar,təbiət bölməsi,texniki,incəsənət bölməsi olmaqla fəaliyyət göstərir.Akademiyanın prezidenti fizika müəllimi Q.Aidədir. İlk iclas KA-nın məsul şəxslərinin seçilməsi və üzvlərinin təyin olunması ilə bağlı olub. V-XI siniflər arasında 30-a yaxın üzvlər təyin olunub. Sonrakı iclaslar KA-nın Nizamnaməsini hazırlamaq fəaliyyət planını,strukturunu,bayraq və üzvlük vəsiqələrini tərtib etmək və AK-nın məqsəd və vəzifələri haqqında məlumat verməklə bağlı keçirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi