Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri

Aprelin 13-də ümumi orta təhsil səviyyəsi üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Məktəb-liseyin IX siniflərində təhsil alan 108 şagirddən 40 şagird 200 baldan yuxarı, 19 şagird isə 250 baldan yuxarı nəticə göstərib. Məktəb üzrə ən yüksək nəticə 292 baldır. 1nəfər şagird Azərbaycan dili, 1 nəfər şagird riyaziyyat, 2 nəfər şagird ingilis dili fənni üzrə maksimum nəticə göstərib.