İmtahan stresinin aradan qaldırılması

Məktəb-liseyin psixoloqu Məhərrəmova Aygün tərəfindən IX sinif şagirdləri ilə "İmtahan stresinin aradan qaldırılması yolları" haqqında maarifləndirici və profilaktik söhbət aparılıb. Aparılan söhbətin əsas məqsədi şagirdlərin imtahan həyəcanını idarə edilməsi yolları haqqında üsul və texnikaları aşılamaqdır. Söhbət zamanı şagirdlərə doğru yönləndirmə, motivasiya yolları,konsentrasiyanın itirilməməsi üzrə tövsiyələr verilib. Sonda şagirdlərin sualları cavablandırılıb.