Buraxılış vərəqələri təqdim olunub

Aprelin 10-da məktəb-liseyin IXsinif şagirdlərinə imtahana buraxılış vərəqələri təqdim olunub. Məktəb-liseyin direktoru Könül Məmmədli şagirdlərə tövsiyələr verib və onlara uğurlar arzu edib. Qeyd edək ki, məktəb-liseyin IX siniflərində 109 şagird təhsil alır. Onlar aprelin 13-də ümumi təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında iştirak edəcəklər.