Kimya fənni üzrə nümunəvi dərs

Aprelin 8-də “Təbiət fənləri” aylığı çərçivəsində məktəb- liseyin kimya müəllimi Vəfa Alıyevanın 7a sinfində “ Ekzotermik və endotermik reaksiyalar” mövzusunda nümunəvi dərsi təşkil olunub. Dərsdə məktəb-liseyin direktoru Könül Məmmədli, direktor müavini Samirə Məhərrəmova, metodbirləşmə rəhbəri Vəfa Qaraşova və fizika və kimya müəllimləri iştirak ediblər. Dərsin əsas məqsədi şagirdlərin ekzotermik və endotermik reaksiyaların mahiyyətini başa düşüb fərləndirməsi, söz tənliyi vasitəsilə ifadə etməsi qabiliyyətini yoxlamaq və mövzuya uyğun sadə təcrubələr aparmaq bacarığını formalaşdırmaq olub. Bütün sinif fəaliyyətə cəlb olunaraq təlim nəticəsinə uyğun qiymətləndirilib.