“İbtidai siniflər "aylığı çərçivəsində “Yaşıl dünyamızın faydalı sakinləri” adlı layihəsi keçirilib

“İbtidai siniflər "aylığı çərçivəsində oktyabrın 30-da məktəbin 3a və 3b siniflərinin “Yaşıl dünyamızın faydalı sakinləri” adlı birgə layihəsi keçirilib. Sinif müəllimləri Mətanət Yəhyayeva və Afaq Poladzadənin rəhbərliyi ilə baş tutan bu layihədə əsas məqsəd azyaşlı məktəblilərin Azərbaycan florası ilə yaxından tanış olmalarını təmin etməkdir.Layihədə məqsəd müalicəvi əhəmiyyətli bitkiləri tanıtmaq olduğundan əsasən təcrübə xarakteri daşıyırdı. Şagirdlər faydaları barədə məlumat verdikləri: kəklilotu, cökə, gülxətmi, çobanyastığı, itburnu, çay, qızılgül və reyhan kimi bitkilərdən dəmləmələr hazirlayıb dadmaq üçün tədbir iştirakçılarına təqdim ediblər. Layihə rəhbərləri qarşılarına qoyduqarı məqsədə nail olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi