Milli Musiqi Günü ilə əlaqədar 261 nömrəli məktəb-liseydə xüsusi dərs keçirilib

Milli Musiqi Günü ilə əlaqədar 261 nömrəli məktəb-liseydə xüsusi dərs keçirilib. Məktəbin musiqi müəllimi Şəhla Əliyeva milli musiqimizin inkişafinda Üzeyir Hacıbəylinin misilsiz rolundan, həyat və yaradıcılığından danışaraq "Koroğlu" uvertürasını səsləndirmiş, şagirdlərin və məktəbin xor dərnəyinin ifasında bəstəkarın musiqilərindən ibarət parçalar ifa olunmuşdur. Həmçinin böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasının Maestro Niyazi tərəfindən qoyulduğu şagirdlərin nəzərinə çatdırılmışdır..Belə ki, görkəmli bəstəkar və dirijor Niyazi, Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Daha sonra bəstəkarın həyat və yaradıcılığından bəhs edən videoçarxlar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi