Bilik günü

Respublikanın bütün ümumi təhsil məktəblərində olduğu kimi 261 nömrəli məktəb-liseydə də 16 sentyabrda “Bilik Günü” təntənəli şəkildə qeyd olunub. Tədbirdə məktəb-liseyin şagird və müəllim kollektivi ilə yanaşı, valideynlər, ötən ilin məzunları, məktəbin adını daşıdığı şəhid İlham Məmmədovun bacısı Mehriban Məmmədova iştirak edib. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəb-liseyin direktoru Könül Məmmədli hər kəsi salamlayaraq məktəbin ötən tədris ilindəki nailiyyətlərindən danışıb, yeni tədris ilində hər kəsə uğurlar arzulayıb. Tədbir məktəb-liseyin şagirdlərinin rəngarəng ifaları ilə davam edib. Məktəbə ilk dəfə qədəm qoyan birincilər hər kəsi sülhə, mübarizliyə, dünyanı qorumağa dəvət edib. İlk dərslər "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi